Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Müalicəmin nəticəsini 6 ay sonra biləcəyəm" - "Toppuş bacı" xəstəliyindən danışdı

  • 2019.06.11 19:16
  • 7204 Baxış
"Müalicəmin nəticəsini 6 ay sonra biləcəyəm" -  "Toppuş bacı" xəstəliyindən danışdı
Xərçəng xəstəliyi ikinci dəfə metastaz verən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb.


Medicina.az  xəbər verir ki, o, "ATV maqazin onlarla” proqramına müsabihəsində bunları deyib:


"Depressiyaya düşmürəm, özümdə güc tapmışam, çalışıram ki, ayaq üstdə duram, sağalam. Çünki hələ Zəhra çox balacadır.


Müalicəmin nəticəsini 6 aydan sonra biləcəm. Çanaqda, boğazda və mədəaltı vəzdə şişlər var. MRT olub, yoxlayacağıq görək, şişlər balacalaşıb, ya yox.

 

Kimyaterpaiya ağırdır deyə, saçlarım tökülüb. Həyat yoldaşım Röyal, qayınatam və qardaşım mənə dəstək üçün saçlarını kəsdirdilər. Hələki parikdən istifadə edə bilmirəm, çünki istidir”.