Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müalicəm davam edir, yaxşı deyiləm - Ofeliya Sənani

  • 2025.01.10 18:30
  • 304 Baxış
Müalicəm davam edir, yaxşı deyiləm -  Ofeliya Sənani
Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, artıq evə buraxılıb. O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:

"Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam".

Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:

"Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq".

Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, açıqlamasında infarkt keçirtdiyini demişdi.