Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri tərəfimizdən dəyərləndirilir.
Medicina.az -ın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov danışıb:
“İndiyədək 24 qazi Türkiyəyə yola salınıb. Artıq bir neçə qazimizin əməliyyatları uğurla həyata keçirilib.
Onlar yaxın günlərdə müalicələrini başa vurub, ölkəmizə geri qayıdacaqlar”.