Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müalicə üçün Türkiyəyə göndərilən qazilərin sayı açıqlandı

  • 2022.09.22 10:35
  • 1159 Baxış
Müalicə üçün Türkiyəyə göndərilən  qazilərin sayı açıqlandı

“İki ölkə arasında inkişaf edən əlaqələr səhiyyə sahəsinə də təsir edir. Bu gün dünya xəritəsinə baxsaq Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər yoxdur”.



Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda deyib.



Nazirin sözlərinə görə, istər pandemiya dövründə, istər müharibə dövründə və müharibədən sonrakı müddətdə Türkiyə daim Azərbaycanın yanında olub, haqq işinə dəstək verib: "Vətən müharibəsində yaralanan şəxslərin müalicəsi məhz qardaş ölkənin tibb işçilərinə həvalə edilib. Bu günə qədər 200-ə yaxın vətəndaş müalicə üçün Türkiyəyə göndərilib və əksəriyyəti Vətənə qayıdıb".