Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müalicə əvvəlcə beyində getməlidir - İnciklik və cinsi zəiflik

  • 2017.10.12 15:42
  • 17268 Baxış
Müalicə əvvəlcə beyində getməlidir -  İnciklik və cinsi zəiflik
Xəstəlik və uğursuzluqların – fikir və emosiyalarla əlaqəsi şəksizdir. Məsələn, belə bir deyimə fikir verək: "Dərddən vərəmləmək”


Doğurdan da bu belədir. Deməli, vərəmin müalicəsində şən əhval-ruhiyyə, sevinc və fərəh hissləri bərpa olunmursa, tam sağalmaqdan söhbət gedə bilməz. Yaxud da, deyirlər ki, qaraciyər əhval-ruhiyyəni əks etdirdiyindən pis ovqat onu xəstələndirir. Deməli, müalicə prosesində bu məsələyə diqqət yetirilmirsə, müalicə uğursuz olacaqdır. Əgər xəstəlik özünüzün fikir və emosiyalarınız tərəfindən yaranmışdırsa, deməli, onu sağaltmağı da yalnız özünüz bacara bilərsiniz.


Əgər bir qadında ginekoloji problemlər yaranmışdırsa, bu onun ərinə qarşı incikliyi nəticəsində yaranmış özünü məhv etmə proqramı nəticəsində meydana gəlmişdir. Vəziyyəti düzəltmək üçün ərinə qarşı mehriban davranmalı və ona qarşı heç bir kin, qəzəb hissi bəslənməlidir. Qəribə deyildir ki, bu zaman heç bir müalicəsiz-filansız hər cür xəstəlik, hətta kistalar belə sağalır. Yaxud da əksinə, kişilərdə hər cür cinsi zəmində, dermatoloji xəstəliklərin kökündə öz partnyoruna qarşı inciklik durur. Bunu müasir psixoloqlar çoxdan yəqinləşdirmişlər və ənənəvi səhiyyəni bu istiqamətdə yeniləşdirməyə çalışırlar. Tənbəl şüurunda partnyoruna qarşı qəzəbini yumşaldan kişidə elə möcüzəli sağalmalar baş verir ki, müasir təbabət özü mat qalır.


Sonsuzluq problemləri ilə üzləşən cütlərin tənbəlşüurunu araşdırdıqda məlum olur ki, onların ya birində, ya hər ikisində çox dərin səviyyələrdə uşaq sevgisi yoxluğu problemi vardır. Bu problem adətən onların uşaq vaxtlarında aldıqları mənəvi zərbələrlə bağlı olur. Tənbəl şüurda dərin kök salmış həmin hadisəni xüsusi üsulla aradan sildirən psixoterapevtlər möcüzəli nəticələrə nail olurlar – heç bir müalicəsiz mayalanma baş tutur.


Əslində "müalicəsiz” sözü düz deyildir. Çünki, müalicənin özü müasir mənasından daha geniş anlayışdır. Müalicəni həkim aparır, həkim isə ”hikmət” sözündəndir. Yəni, müalicə hikmətlə, sözlə, ruhla, beyinə, şüura, tənbəl şüura təsirlə getməlidir. Dərman vasitələri, cərrahiyyə və digər müxtəlif üsullar yalnız son vasitə kimi xəstəliyin müəyyən mərhələlərində tətbiq olunmalıdır.


Həbib İbişov

Medicina.az