Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Mu" variantı antikorların qoruyuculuğunu aşa bilər - XƏBƏRDARLIQ

  • 2021.09.06 10:19
  • 1678 Baxış
"Mu" variantı antikorların qoruyuculuğunu aşa bilər -  XƏBƏRDARLIQ
Amerikalı mütəxəssislər koronavirusun yeni "mu" varinatı haqqında daha çox məlumat əldə etməyə çalışırlar, onlar bu variantın müəyyən antikorların təmin etdiyi qorumanı aşa biləcəyindən qorxurlar.

Medicin.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.

Onun sözlərinə görə, amerikalı mütəxəssislər bu növün ABŞ-da daha çox yayılıb-yayılmayacağını yoxlayırlar: "Hazırda "delta" variantı 99% üstünlük təşkil edir".

ABŞ-ın baş infeksionisti ölkədə mövcud olan koronavirus peyvəndlərinin koronavirusun bütün variantlarına qarşı təsirli olduğuna əminliyini ifadə edib. Eyni zamanda Fauçi ABŞ-da istifadə edilən dərmanların "mu" variantından necə qoruduğuna dair kifayət qədər məlumat olmadığını etiraf edib.