Dünya Səhiyyə Təşkilatı koronavirusun yeni Mu variantını diqqətlə izləyir. O, diqqət çəkən virus variantları siyahısına daxil edilib.
Medicina.az xəbər verir ki, ÜST mutasiyanın insan immunitetindən gizlicə yayınaraq, peyvənd olunmuş və ya əvvəldən yoluxmuş insanlarda gizli keçə bilər.
B1621 kodlu Mu variantı 39 ölkədə aşkarlandı. Amerikanın 17 ştatında artıq qeydə alınıb.
ÜST rəsmiləri bildirir ki, bu mutasiya Cənubi Afrikada aşkar olunan beta variantı kimi peyvənd olan, antitelli immunitetin də baryerini aşa bilər.
Mu mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb.
Hazırda Amerika, Avropa və Böyük Britaniyada koronavirusa yoluxanların 0,1%-i bu varianta yoluxub.
Alimlər hələ ki, Mu ştammın Deltadan daha ciddi yoluxucu və ağır gedişli olub-olmayacağına cavab tapmayıb.
Hazırda Britaniyada 33 nəfərdə Mu ştammı aşkarlanıb.
Xüsusən bu mutasiya 20 yaşa qədər gənc və yeniyetmələri yaxalayıb.
Hətta bir və ya iki doza vaksin olanlarda da Mu mutasiyası aşkarlanıb.