Müasir dünyada insan sağlamlığını sarsıdan çoxlu amillər mövcuddur, həm də həyat ritmi bir çoxlarına sağlamlığı ilə tam mənada məşğul olmağa imkan vermir. Buna baxmayaraq, ömrü uzatmaq üçün sadə üsullar da var.
Medicina.az ömrü uzatmağın 9 sadə və faydalı adəti barədə xəbər verir.
Doyunca yatmaq
Lap çoxdan məlumdur ki, sağlam yuxu ömrü uzadır. Xroniki olaraq doyunca yatmayan insanların orqanizmi zəifləyir və müxtəlif xəstəliklərə meylli olur. Yaşlı adam orqanizmin gücünü bərpa etmək üçün gün ərzində orta hesabla 6-8 saat yatmalıdır.
Yuxunun keyfiyyəti də böyük rol oynayır. Dərin yuxuya getmək üçün hər gün otağı havalandırmaq və optimal yuxu qrafikiniə əməl etmək lazımdır.
Çay içmək lazımdır
Çay faydalı xassələrə malikdir və immuniteti möhkəmlədir. Ancaq alimlər tövsiyə edirlər ki, müxtəlif əlavələr qatılmış qeyri-adi çay içmək daha faydalıdır. Məsələn, qara və yaşıl çaya bal, koritsa, limon və ya mixək əlavə etmək olar. Söhbət məhz natural əlavələrdən gedir. Paketləşdirilmiş çaya isə əksər hallarda sintetik aromatik əlavələr qatılır.
Liftdən imtina etmək
Fiziki fəallıq - möhkəm sağlamlığın rəhnidir. Əgər tam mənalı idmanla məşğul olmağa vaxt yoxdursa, liftin xidmətindən imtina etmək və evdən çıxarkən, pilləkənlərdən istifadə etmək olar. Başlanğıc üçün sadəcə, pilləkənlərlə aşağı düşmək kifayətdir. Bu, qalxmaqdan xeyli asandır, amma elə qalxarkən hərəkətə gələn əzələlər qrupunu «oynadır».
Gözlərə istirahət vermək
Gözlərə istirahət lazımdır. Gözlər - mühüm hissiyyat orqanlarından biridir. Görməni qorumaq və gözlərə istirahət vermək gərəkdir. Heç olmasa, hər saatdan bir gözləri «örtmək» (məsələn, dəsmalla) lazımdır. Bundan başqa, əgər istirahət günlərində kompüterə ehtiyac yoxdursa, ümumiyyətlə? onu «açmaq» lazım deyil.
Sekslə məşğul olmaq
Seks ömrü uzadır. Alimlər bildirirlər ki, müntəzəm cinsi əlaqə ilə məşğul olan qadınlarda xromosomların qurtaracaq hissəsi («telomerı») sekslə məşğul olmayan qadınlarla müqayisədə uzun olur.
Məlumdur ki, «telomer»lər nə qədər uzun olsalar, qadınların həyatı və sağlamlığı da o qədər uzun çəkər. Bundan başqa, seks kişilərdə şəkərli diabet riskini 40 faiz aşağı salır və onların orqanizminin ümumi vəziyyətini 50 faiz yaxşılaşdırır.
Çoxlu ünsiyyətdə olmaq
Ünsiyyətdə olmaq ömrü uzadır. Tənhalıq depressiya yaradır ki, bu da ümumilikdə, insan sağlamlığına neqativ təsir göstərir. Özünü tənha hiss etməmək üçün təkcə çoxlu sayda dostun olması və ya dostlar kampaniyasının «qəlbi» olmaq vacib deyil. Həftədə 1-2 dəfə tanışına zəng vurmaq və onu gəzintiyə cəlb etmək kifayətdir. Bu, «özünüsırmaq» hesab olunmayacaq, nədən ki, ünsiyyət və təmiz havada gəzinti hər iki tərəfə fayda gətirəcək.
Meyvə-tərəvəz qəbul etmək
Meyvə-tərəvəz də ömrü uzadır. Meyvə-tərəvəzdə orqanizmin normal fəaliyyəti üçün lazım olan vitaminlər və metabolizmi yaxşılaşdıran maddələr olur. Gündəlik rasionuna meyvə-tərəvəz daxil edilən insanlar digərlərindən 60 faiz az ürək-damar xəstəliklərinə tutulurlar.
Bəziləri bunu, mümkün vitamin kompleksləri ilə əvəzləməyə cəhd göstərirlər, ancaq belə preparatlar yalnız həkim məsləhətindən sonra qəbul oluna bilər.
Çəkiyə nəzarət etmək
Çəkini sabit saxlamaq da ömrün uzanmasına kömək edir. Artıq çəki dünyada baş verən ölümlərin 10 başlıca səbəblərindən biridir. Ona görə, çəkiyə nəzarət etmək vacibdir ki, onun kritik həddə çatmasının qarşısı alınsın. Bu məsələdə sınaqdan keçmiş köməkçi - düzgün qidalanma, fiziki məşqlər və fəal həyat tərzi keçirməkdir.
Meditasiya etmək
Meditasiya ömrü uzadır. Stress ümumilikdə, orqanizmin vəziyyətinə neqativ təsir göstərir. Ona görə də düzgün «sakitləşməyi» bacarmaq lazımdır. Alimlər məsləhət görürlər ki, gün ərzində heç olmasa 1-2 saat evdə tam sakitlikdə keçirmək lazımdır. Meditasiya etmək və yoqa ilə məşğul olmaq da faydalıdır. Bu zaman sakitlik dözülməz olarsa, musiqiyə qulaq asmaq, oxumaq və ya rəqs etmək pis olmaz.
Başlıcası - neqativ fikirlərdən xilas olmaqdır.
Hazırladı: Mirzə AĞ
Medicina.az