Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

MRT vasitəsilə depressiya diaqnozu qoymaq olar

  • 2023.04.04 14:32
  • 1290 Baxış
MRT vasitəsilə depressiya diaqnozu qoymaq olar
Rusiyalı alimlər MRT-dən istifadə edərək depressiyaya diaqnoz qoymağı öyrəniblər.

“Medicina” xəbər verir ki, rus alimləri klinik depressiyaya 93%-ə qədər dəqiqliklə diaqnoz qoymağa imkan verən üsul yaradıblar. Bunun üçün onlar MRT aparatından və süni intellektdən istifadə ediblər.

Tədqiqatda 49 sağlam insan və 35 depressiya xəstəsi iştirak etdi. Diaqnoz qoymaq cəmi 15 dəqiqə çəkdi.

“Biz sağlam və xəstə insanlar arasında sinir əlaqələrindəki fərqləri müəyyən etmək üçün süni intellekt öyrətdik. Bu yanaşmanın effektivliyi real xəstələrlə aparılan iş zamanı uğurla təsdiqləndi”, - tədqiqatın müəllifləri bildiriblər.

Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda beynin ayrı-ayrı sahələri arasında əlaqələr zəifləyir. Bunu demək olar ki, hər bir müalicə mərkəzində mövcud olan MRT aparatının görüntülərində görmək olar.

İndi alimlərin qarşısında şəkillərlə depressiyanı digər psixi pozğunluqlardan, xüsusən də bipolyar pozğunluqdan ayırd etmək üçün süni intellektin öyrədilməsi və yeni metodun geniş yayılmış təcrübəyə daxil edilməsi vəzifəsi durur.

Günay Quliyeva