Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

MRT müayinəsi beyində depressiyanı göstərirmi?

  • 2023.10.03 19:20
  • 1915 Baxış
MRT müayinəsi beyində depressiyanı göstərirmi?

Bolqarıstan və İspaniya tədqiqatçıları Rusiya Elm Fondunun dəstəyilə depressiyanın diaqnostikası üçün yeni metod hazırlayıb.

“Medicina” xəbər verir ki, funksional MRT köməyilə neyron əlaqələrin, bağların analizi mümkün olacaq.
Tədqiqat çərçivəsində alimlər həm sağlam, həm də depressiyada olan xəstələrin baş beyninin funksional şəbəkəsini yaradıb.

Yeni metod “konsensus yanaşma” adını alıb. Bu zaman sağlam və depressiv pozuntusu olan insanların beyni arasında aşkar dəyişikliklər üzə çıxarılıb.

Depressiya həmişə çətin diaqnoz olunan xəstəlikdir, onun üçün xüsusi analiz və instrumentlər yoxdur. Diaqnozu həkim psixiatr xəstə ilə söhbətdən sonra qoyur. Depressiv vəziyyət beyin siqnallarında və kimyəvi strukturunda dəyişikliklərlə əlaqəlidir.

Yaxın vaxtlarda alimlər MRT ilə depressiyanın avtomatik tanınmasını planlaşdırır.

Aygün Musayeva