Son zamanlar rentgendən əlavə, MRT və KT – kompüter tomoqrafiyası müayinəsindən keçən pasiyentlərin sayı artır. Artıq həkimlər yubanmadan dəqiq diaqnoz qoymaq üçün ən sadə xəstəlikdən tutmuş çətin diaqnoz olunanlara kimi çox hallarda MRT və KT çəkimi təyin edir. Yeni avadanlıq və cihazlar təkmilləşdiyindən müayinə zamanı xəstənin alacağı şüa və radiasiyanın dozası da minimuma endirilib. Məlumdur ki, hətta adi rentgen çəkimi belə orqanizmə kifayət qədər şüa ötürür. Xüsusən KT çəkimi zamanı xəstəyə vurulan radiaaktiv izotop mddə – markerlər daha neqativ təsir edir. Amma istənilən halda ildə 1 dəfə KT və MRT –dən keçmək orqanizmi radiasiya ilə yüksək dozada yükləmir.
İnsan açıq havada, təbiətdə də çox qaldıqca radiasiya ilə yüklənir. İndi təbii yüklənmə ilə aparat şüalanmasını müqayisə edək:
-Döş qəfəsinin rentgenoqrafiyasında – şüalanma dozası 0,1 m3v – BU, təbiətdə 10 günlük dozaya bərabərdir
-Flüoroqrafiya – doza 0,3 m3v – Təbiətdə 30 günlük dozaya bərabərdir
-Mammoqrafiya – doza 0, 7 – 3 aylıq təbiətdə gecə -gündüz alınan şüalanmaya bərabərdir
-Bütün bədənin kompüter tomoqrafiyası – doza 10 – 3 illik təbiətdən alınan doza
-Başın KT-si – doza 2 – 8 aylıq təbiətdən alınan radiasiyaya bərabərdir
Gördüyünüz kimi, bir dəfə aparata düşməklə, insan normal təbii halda aldığı şüa dozasının 10 qatını bir anda alır.
Ona görə əgər həkim sizə MRT, rentgen, KT təyin edibsə, bu prosedura düzgün hazırlaşıb, minimum zərərlə çıxmaq və şüalanmadan sonra orqanizmə dəstək olub bəzi tədbirləri görməklə radiasiya maddələrinin xaric olmasını, hüceyrələrin yenilənməsini sürətləndirə bilərsiz.
Medicina. az radiasiya və şüaların orqanizmdən çıxarılması üçün üsulları təqdim edir:
-Müayinədən gələndən sonra bütün geyimlər, alt paltarı ayaqqabıya kimi sodalı suda yuyulur, dəfələrlə yaxalanır.
-İnsan özü müxtəlif yuyucu vasitələrlə yuyunur.
-Orqanizmdə radiasiyanı dezaktivə etmək üçün bunları 10 gün və daha çox qəbul edə bilərsiz: aktivləşdirilmiş qara kömür. Aptekdə satılır. Müayinə olunan gündən başlayaraq çox miqdarda su ilə qəbul edə bilərsiz.
-Aptekdə olan dimetilsulfid güclü antioksidantdır, onu da qəbul edə bilərsiz.
-Müayinə olunan gün çox miqdarda təmiz su qəbul etməli. Çay, qazlı sular, qəhvə olmaz.
-Müayinədən sonrakı 2-3 saat ərzində körpə və hamilələrlə ünsiyyətdən qaçın
-Müayinədən sonrakı 1 sutka ərzində turş, duzlu, ədviyyatlı qidalar olmaz.
-Südverən analar müayinədən sonra 7-9 saat ərzində döş qəfəsinə körpələrini qoya bilməz, yəni uşağı əmizdirməkdən qaçsınlar.
-Südverən qadın KT olunubsa, sonrakı 1 sutka ərzində gələn südü sağıb atmaq lazımdır. Çünki onun tərkibində radionuklidlər var.
-Müayinədən sonra 3 gün hər gün 2 stəkan təmiz süd için.
-Həmçinin 1 həftə ərzində təzə sıxılmış meyvə- tərəvəz şirələri qəbul edin. Üzüm, alma, nar, çuğundur və s.
-Tərkibində yod olan qidalar seçin, çünki yod da radiasiyanı zərərsizləşdirir
-Həmçinin suda qaynadılmış sadə düyü yeyin
-Bitki tərkibli çaylar çox qəbul edin
-Hamilə və uşaqlar zərərsiz olan Polipefan adlı absorbə edici preparatı qəbul edə bilərlər.
-Zədələnmiş hüceyrələrin sağlam hüceyrələr tərəfindən yeyilməsi üçün 1-2 sutka ac qala bilərsiz.
Unutmayın ki, hətta bir müddət rentgen, MRT və KT aparatları olan otaqda qalmaq belə insan üçün zərərlidir.
Diqqət: İnsan üçün yolverilən şüalanma dozası ildə 5 rad-dır. Əgər insan il ərzində 200 rad doza alırsa, bu şüa xəstəliyinə səbəb olur. 700 rad doza isə ölümə bərabərdir.
Gün ərzində 20 ədəd siqaret çəkən insan 80 rentgen çəkimi zamanı alacağı şüalanma dozası ilə yüklənir.
Əgər həkim sizə belə müayinələr təyin edibsə, müayinənin ən son model avadanlıqlar olan xəstəxanada keçirilməsini və müayinə zamanı təhlükəsizlik şərtlərinə əməl olunmasını tələb edin. Köhnə model avadanlıq daha çox şüalanma verir.
Astara
Mən ilk dəfə MRT olacam. Şüalanma çoxmu olacaq??? Deyilənə görə orqanizmə çox ziyanı var
Salam 2 ilin KT Rentgen birde Mamografiya da işləyənmisem bunun zərərləri nedi?
Sənəm Cəfərova salam MRT tesla ilə işləyir yəni şüa yoxdu
3 gun once boyun ucun KT muayinesinden kecmiwem.Bugun seher oyananda baw gicellenme,baw herlenme kimi hallar var,yuxululuq,ele bil icim yanir kimi hiss var.bWimda da tangi hissi var.bu wuadan ola bilermi?
Salam. 3 yaşlı qıızma eyni gunde hem ciyin hem bilek hem qol rentgeni olunub. Bunun tehlukesi varmı?
1gündə 2gəfə MRT-dən keçmık olarmı?
Bbsbsbssbbs
Bir heftede hem rentgen hemde MRT muayinesi etmek olarmi
Kt muainesinden sonra nece muddet sinra yeniden muaine olunmag mumkundur?