Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

MRT aparatı kişini “sovurub” öldürdü – Tibdə Kuryoz

  • 2018.01.30 16:24
  • 40875 Baxış
MRT aparatı kişini “sovurub”  öldürdü –  Tibdə Kuryoz
Bədbəxt hadisə Mumbay şəhər xəstəxanasında baş verib.

 

Medicina az. NDTV telekanalarına istinadən xəbər verir ki, 32 yaşlı Radceş Maru yaşlı qohumunu MRT prosedurundan keçirməyə aparıb. Xəstəyə oksigen balonu lazım olduğundan, Maru tibbi heyətdən metal balonu içəri aparmağa icazə istəyir. Maru bilirdi ki, yüksək maqnit sahəsinə görə otağa istənilən metal əşya ilə daxil olmaq qadağandır. Lakin həkimdən tomoqrafı söndürdüyünü və təhlükəsiz olduğunu eşidəndən sonra Maru metal balonla içəri daxil olur.

 


Daxil olan kimi tomoqraf aparatı bir anın içində kişini sovuraraq özünə çəkmiş və onu aparatın içinə salmışdır. Tomoqrafı söndürsələr də, kişini skanerin borusundan çıxarmaq çətin oldu. Bir qolu ilişib qalan kişinin toxumaları şişdi, qanaxma başladı. Böyük əziyyətlə kişini aparatdan çıxarıb reanimasiyaya yerləşdirsələr də, o, 15 dəqiqəyə keçindi. 


Vəfat etmiş şəxsin ailəsi tibbi heyəti günahlandıraraq, məhkəməyə üz tutub və hadisə ilə bağlı cinayət işi açılıb. Xəstəxana MRT  bölməsində çalışan bütün heyəti işdən azad edib, 2 cavabdeh işçi isə həbs olunub. 

 


 

MRT aparatı kişini “sovurub”  öldürdü –  Tibdə Kuryoz