Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mövsümi, yoxsa adi depressiya - Əsas fərqlər

  • 2023.05.23 18:58
  • 1756 Baxış
Mövsümi, yoxsa adi depressiya  - Əsas fərqlər
Bir çox insanlar mövsümi depressiya ilə nevroloji depresiyanı qarışdırır. Lakin bu ikisi arasında böyük fərq var.
Mövsümi depresiya hava şəraiti, fəsil dəyişikliyi, təhsil, iş və digər fəaliyyətlərə görə yarana bilər. Müəyyən müddətdən sora tamamilə keçib gedir.


“Medicina” xəbər verir ki, psixoloq Diana Labanovanın sözlərinə görə, depressiya bir sıra xoşagəlməz simptomlarla müşayiət oluna bilən daha ağır vəziyyətdir.


“Bunlar arasında: yuxu pozğunluğu və yuxusuzluq, güc və ya iştahın olmaması, süstlük, artan narahatlıq, baş ağrısı və digər somatik simptomlar var.

Mövsümi depressiyanın ümumi əlamətləri;

Demək olar ki, bütün gün depressiya hissi
Əvvəlki fəaliyyətlərdən həzz almamaq və maraq itkisi
İştahın artması və ya azalması
Yuxu problemləri


Həyəcanlı və ya çox ləng hiss
Aşağı enerji, ümidsizlik
Özünü dəyərsiz hiss etmək
Konsentrasiyada çətinlik

Ölüm və ya intihar düşüncələri
Həddindən artıq yuxu (hipersomniya)
Həddindən artıq yemək




Yay depressiyası bir az fərqlənir:

Yuxusuzluq
Kilo itkisinə səbəb ola biləcək iştahsızlıq
Həyəcan və narahatlıq

Bundan əlavə, depressiya ilə tək başına mübarizə aparmaq çox çətindir. Yuxarıda göstərilən simptomlar davam edərsə, mütləq həkimə müraciət edin.

Aygün Musayeva