Omikronun ilk simptomları görünən kimi, antivirus dərmanlarla yanaşı xəstə sutkada 2 litr, hətta çəkisi çoxdursa 2,5 litr adi su için.
Medicina.az xəbər verir ki, Moskvanın baş infeksionisti Svetlana Smetanina Omikrona yoluxmadan sonra xəstəliklə mübarizə üsullarından danışıb.
“Xəstəliyin gedişini yumşaltmaq üçün aptekdə əlçatan iltihab və qızdırma əleyhinə dərman və antivirus preparat içilməlidir. Bədəndə güclü intoksikasiya getdiyi üçün 2 litr su içilməlidir.
Əgər temperatur 38 dərəcədə 3 gündən artıq qalırsa, həkimə müraciət edin. Boğazı da xüsusi məhlullarla qarqara edin.
Dəniz suyu əsasında vasitə ilə gündə 3 dəfə burunu yuyun.
Antibiotiklərə tez və özbaşına başlamaq olmaz. Bütün dünyada antibiotiklər ciddi reseptlə satılır, bizdə əlçatan olduğu üçün xəstələr lazım oldu -olmadı antibiotikə başlayır, bu isə Omikronda çox vaxt lazımsızdır”.