Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada yoluxmanı artıran Hindistan versiyasıdır

  • 2021.06.22 17:56
  • 1695 Baxış
Moskvada yoluxmanı artıran Hindistan versiyasıdır



Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlanıb.

Medicina.az xəbər verir ki, bunu Moskva merinin müavini Anastasiya Rakova “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Rusiyada son sutkada 13 721 nəfər COVID-19-a yoluxub, 371 nəfər ölüb


“Əlbəttə ki, yoluxmada bu cür artımın hər zaman kompleks səbəbləri olur. Bu səbəblər vətəndaşların təhlükəsizlik qaydalarına diqqətsiz yanaşması, ilk növbədə qoruyucu tibbi maska taxmaması və vaksinasiyanın aşağı olmasıdır. Əlbəttə ki, səbəblərdən biri də bizə “Hindistan ştammı”nın gəlməsidir”, - deyə Moskva merinin müavini vurğulayıb.