Rusiyanın paytaxtı Moskvada daha 9 nəfər koronavirusdan ölüb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 9 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusa yoluxanların sayı 5 025 nəfərə çatıb.