Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada vəbaya yoluxma qeydə alındı

  • 2025.04.24 16:41
  • 183 Baxış
Moskvada vəbaya yoluxma qeydə alındı

Moskva vilayətində vəbaya yoluxma hadisəsi qeydə alınıb.

“Medicina” xəbər verir ki, xəstəlik Hindistanda olmuş turistdə aşkarlanıb.
Bu barədə Rospotrebnadzorun region üzrə mətbuat xidməti məlumat yayıb.

"Xəstəlik aprelin 21-də Hindistandan Moskvaya uçan 40 yaşlı kişidə aşkarlanıb. Həmin şəxs Moskva vilayətində yaşayır. O, aprelin 11-dən 20-dək Hindistanda olub, səfərdə tək olub və Nepala gedib”.

Nəzarət qurumunun məlumatına görə, kişi səfəri zamanı süzülmüş kran suyu içib və müxtəlif kafelərdə yemək yeyib. Evə qayıdandan sonra özünü pis hiss edib.

Vəziyyəti kəskin pisləşdikdən sonra yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Həkimlər onda vəba törədicisini müəyyən ediblər. Hazırda xəstənin vəziyyəti müsbət dinamika ilə qənaətbəxş qiymətləndirilir.

Rospotrebnadzor mütəxəssisləri xəstənin təmaslarını da müəyyən edib və onların hamısı tibbi nəzarətə götürülüb. Bu günə qədər təmasda olanların heç birində xəstəliyin əlamətləri yoxdur. Moskva vilayətində epidemiya əleyhinə tədbirlər davam edir, vəziyyət Rospotrebnadzorun nəzarətindədir.


Aygün Musayeva