Rusiyanın Operativ Qərargahı ölkədə koronavirusa yoluxmada artım və meymunçiçəyinə görə qapalı məkanlarda maska rejiminə riayət etməyə çağırıb.
Bakupost.az xəbər verir ki, Moskva sakinlərinə virusdan qorunmaq üçün ciddi profilaktik tədbirlər görməyə çağırış olunub.
Baxmayaraq ki, Rusiyada bu həftə Avropa ölkələrinə nisbətdə kovidə yoluxma daha azdır, amma əvvəlki aya nisbətən yoluxma 50% artıb.
Növbəti yüksəliş Omikronun BA 4 və BA4 subştamlarına görədir.
"Bu subvariantlar insandan-insana sürətlə keçə bildiyi üçün qapalı məkanlarda və insan çox olan yerlərdə maska taxmağı tövsiyə edirik", - deyə qərargahın məlumatında deyilir.
Eləcə də qeyd olunub ki, əksər xəstələrə qrip və soyuqdəymədə olduğu üçün müalicə tələb olunur. Ona görə hospitalizasiya imkanları saxlanılır.
Aygün Musayeva
BakuPost