Moskvada qapalı məkanlarda maska tələbi və restoran, teatr, muzeylərə kovid sertifikatı QR kod ləğv edilib.
Medicina.az xəbər verir ki, dünəndən etibarən bütün QR kod sistemi qüvvədən düşüb.
Bütün kütləvi və ictimai yerlərə, yarışlara, əyləncə yerlərinə giriş sərbəstdir. 60 yaşdan yuxarı vətəndaşların evdə qalma tələbi də aradan götürülür, bu tövsiyə xarakteri daşıyacaq.
Yaxın günlərdə yaşlılar üçün də bütün tədbirlər, eləcə də seksiya və klub proqramları, dərnəklər tam fəaliyyətə başlayacaq.
Bu gedişlə Rusiya Koronavirus pandemiyasını ləğv edir.