Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Medicina.az xəbər verir ki, Moskvada son sutka ərzində 54 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1010 nəfərə çatıb.
Rusiyada indiyədək 187 min 859 nəfər koronavirusa yoluxub, 1723 ölüm halı qeydə alınıb.