Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada məhdudiyyətlər iki aylıq sərtləşdirildi

  • 2020.11.10 17:15
  • 4347 Baxış
Moskvada məhdudiyyətlər iki aylıq sərtləşdirildi

Rusiyanın Moskva şəhərində COVID-19-la əlaqədar məhdudiyyətlər iki aylıq sərtləşdirilib.

“İnterfax” bu barədə şəhər meri Sergey Sobyaninin açıqlamasına istinadla məlumat yayıb.

Bildirilir ki, tamaşaçıların iştirakı ilə tədbirlərə müvəqqəti qadağa qoyulub.

Sobyanin dünən Moskvada 6 897- anti-rekord yoluxma müəyyən edildiyini xatırladaraq, vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

Məhdudiyyətlər 13 noyabr – 2021-ci ilin 15 yanvar tarixləri müddətinə tətbiq edilib.

Moskvada son bir gündə koronavirusa 5 902 yeni yoluxma təsdiqlənib, 1 522 COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib, 381 xəstə Moskva xəstəxanalarında süni tənəffüs aparatlarına qoşulublar.

Qeyd edək ki, Rusiya 1 817 109 yoluxma ilə ölkələr arasında dördüncüdür.