Moskvada ərzaq mağazasında satıcı alıcılardan birini başından butulla vurub. Buna səbəb onun aramsız öskürməsi və xəbərdarlıq edilməsinə baxmayaraq mağazanı tərk etməməsi olub.
Medicina.az xəbər verir ki, satıcı müştərinin onun üzünə qəsdən öskürdüyünü deyib.
Başından travma almış 38 yaşlı kişi xəstəxanaya aparılıb.
Satıcıya isə ev dustaqlığı təyin olunub.
Fakt barədə araşdırma aparılır.