Moskvada bir sutkada koronavirusdan ölənlərin sayı 70-80 nəfər arası olur, onların arasında gənclər də var.
Koronavirusdan ölən şəxsin meyiti bizdəki kimi ailəsinə təhvil təslim edilmir.
Təhlükəsizlik, dəfn üçün bütün sanitar qorunma tədbirləri xüsusi hazırlıqlı dəfn bürosu əməkdaşları və sanitarlar tərəfindən icra edilir. Ailə üzvləri isə sadəcə dəfni müəyyən məsafədən izləyə bilər.
Medicina.az xəbər verir ki, paytaxt məzarlıq və dəfn büroları sutka boyu işləyir. Mərhumla onlayn vidalaşma və dəfn ayinləri də təşkil olunub.
Dəfnə gəlib izləyənləri sayı 30 nəfərdən artıq olmamalıdır. Yaşı 65-i keçmiş doğmalar da bura buraxılmır.
Qohumlar bir-birindən 1,5 metr aralı dayanmalıdır.
Tabut qapalı şəkildə olur və doğmaları adi dəfndə olduğu kimi vəfat etmiş əzizlərinin üzünü görə bilmirlər.
Xüsusi qoruyucu geyimdə və respiratorda olan işçilər tabutu dəfn edir, üzərindən quru toz xlor səpirlər. Eləcə də məzar bağlanandan sonra üzərinə xlor tökülür.
Dəfndən sonra işçilərin geyimləri, maskaları atılır.
Fotolardan birində göründüyü kimi, vidalaşmaq üçün yalnız ölən şəxsin arvadı və övladına tabuta yaxınlaşmağa icazə verilib. Onlar da maska və əlcəkdə olmalı, dəfndən sonra bunlar atılmalı, geyim və ayaqqabı dezinfeksiya olunmalıdır.