Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Medicina.az xəbər verir ki, Moskvada son sutka ərzində 56 nəfər COVİD-19 infeksiyasından dünyasını dəyişib. Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 1124 nəfərə çatıb.
Rusiyada indiyədək 209 min 688 nəfər koronavirusa yoluxub, 1915 ölüm halı qeydə alınıb.