Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada həkimləri malyariya dərmanı ilə qoruyacaqlar

  • 2020.04.07 15:19
  • 1430 Baxış
Moskvada həkimləri malyariya dərmanı ilə qoruyacaqlar


Paytaxt xəstəxanalarında koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlərdə yoluxma riskini azaltmaq üçün əlavə dərmanla təmin ediblər. Onlara malyariyaya qarşı dərmanın COVID 19-a qarşı profilaktik effektini yoxlamaq üçün tədqiqatda iştirak etmək təklif olunub.


Medicina.az xəbər verir ki, söhbət hidroksixloroxindən gedir. Onunla artrit, qırmızı qurd eşəmək, astma müalicə olunurdu. Bu həmin dərmandır ki, Amerika prezidenti çıxışında reklam etmişdi.

Dərman 2003-cü ildə SARS epidemiyası zamanı tətbiq olunmuşdu. Yuhanda da həkimlər koronavirus müalicəsində sınayıb.

Lakin həm mütəxəssislər, həm istehsalçılar dərmanın koronavirusdan tam qoruyacağı barədə fikrə gəlmək üçün iri sınaqlar aparılmadığını bildirib. Ona görə də koronavirusla çarpışan həkimləri bu tədqiqatlara cəlb etməyin vaxtıdır. Yalnız bu halda dərmanın həqiqətən işə yarayıb yaramadığını təyin etmək olacaq.