Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada gül-çiçəklə terapiya dəbə gəlir – Pasiyentləri tez sağaldır

  • 2019.09.10 18:43
  • 4719 Baxış
Moskvada gül-çiçəklə terapiya dəbə gəlir –  Pasiyentləri tez sağaldır
Moskvanın bir çox əyalətlərində xəstəxanalarda gül terapiyasına start verilib. 


Xüsusi təşkilatın üzvləri tibbi müəssisələrə gələrək, pasiyentlərə tez sağalmaq arzusu ilə müxtəlif gül buketləri təqdim edir.


Medicina.az xəbər verir ki, pasiyentlər yataqları yanında gül olduqda əhvalları yüksəlir, hətta tənha yaşlı xəstələr elə bilir ki, kimsə doğma adamı bu gülü göndərib. 

 

Palataları gəzərək, qızılgül paylayan üzvlər xəstələrə " Sizi sağalmağınız münasibətilə təbrik edirik” sözləri ilə təqdim edirlər. 


Bu təşəbbüs xəstəxana rəhbərləri, xəstələr və yaxınları tərəfindən böyük razılıqla qarşılanıb və pasiyentlərin müalicəsinin müsbətə doğru dəyişdiyini bildiriblər.

İndi volonterlar bütün əyalət xəstəxanalarını əhatə etmək qərarına gəlib.