Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Moskvada böyük kovid amnistiyası - Hökumət cərimələri silir

  • 2022.05.25 11:59
  • 1617 Baxış
Moskvada böyük kovid amnistiyası  - Hökumət cərimələri silir


Moskvada fərdi sahibkarlar, fiziki və hüquqi şəxslərə pandemiya dövründə müxtəlif karantin qaydalarını pozduğuna görə yazılmış cərimələri silinir.


Bakupost.az xəbər verir ki, bu barədə Moskva meriyası qərar qəbul edib.


Kütləvi kovid amnistiyasına görə hökumət vətəndaş, sahibkarların adminstrativ cərimələrini kompensasiya edəcək.


Eyni zamanda yazılmış, lakin ödənməmiş cərimələrin aşkarlanması, tələbi də aradan qaldırılır.

Böyük kovid amnistiyası 1 iyun tarixindən qüvvəyə minir.

Ümumi olaraq 13 milyarddan çox cərimənin ləğv oluncağı bildirilir. Bu da Moskvada biznes və sahibkarlara dəstək olacaq.

Qərar bütün kovid cərimələrinə - maska, karantin, kovid vaksini, iş vaxtı və s. görə aid edilir.

Aygün Musayeva
BakuPost