Rusiyada son bir gündə daha 5 488 nəfərə COVID-19 diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 057 362 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 119 nəfər artaraq 18 484-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 873 535 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 670 nəfər.