Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mona Lizada dəri xəstəliyi aşkarlandı

  • 2023.10.14 15:41
  • 1719 Baxış
Mona Lizada dəri xəstəliyi    aşkarlandı

Novosibirsk dermatoloqları məşhur portretdəki qadında dəri xəstəliyi diaqnoz ediblər.


“Medicina” xəbər verir ki, həkimlər 1503-cü ildə yaşadığı güman edilən qızın alopesiya- başda yuvalı saç tökülməsindən əziyyət çəkdiyini bildirir.

Rəsm əsəri “Əsrdən əsrə” aid sərgidə yerləşdirilib. Burda məşhur rəssamların digər portretləri də yer alıb. Həkimlər bu əsərlərdə də müxtəlif dəri xəstəlikləri izləyiblər.

Bununla dəri xəstəliklərinin qədimliyi və hətta rəssamların gözündən yayınmadığı diqqətə çatdırılıb.

Dermatovenerologiyanın hər əsrdə aktual sahə olduğu bildirilib.

Aygün Musayeva