Moldovanın paytaxtı Kişinyovdan 50 km aralıda Afrika donuz taunu aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Moldovanın Qida Təhlükəsizliyi üzrə Milli Agentliyi məlumat yayıb.
"Donuzların Afrika taunu Straseni rayonunun Lozova kəndindəki təsərrüfatda qeydə alınıb. Nümunələr ixtisaslaşmış milli laboratoriyada yoxlanılıb".
Strasenidə fövqəladə hallar üzrə rayon komissiyası yaradılıb.
Bütün hallar Ukrayna ilə sərhədə yaxın ev təsərrüfatlarında aşkar edilib, epidemioloqlar çirklənmiş məhsulların gətirildiyini güman edirlər.