«Möhtəşəm yüz il» səyahəti - Türkiyənin hər yerini ən ucuz qiymətlərlə gəz - VİDEO
«Möhtəşəm yüz il» səyahəti - Türkiyənin hər yerini ən ucuz qiymətlərlə gəz - VİDEO
2023.08.18 12:54
2685 Baxış
Azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkələrdən biri də qardaş Türkiyədir. Bu da təsadüfi deyil. Çünki ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri, mənəvi və çoğrafi yaxınlıq, turizm sektorunun inkişafı, gəzməli-görməli yerlərin çox olması və digər amillər azərbaycanlılar üçün Türkiyəni cəlbedici edir.
Amma Azərbaycanlı turistlər qardaş ölkənin turistik bölgələrinə o qədər də bələd deyillər, çox vaxt büdcələrinə uyğun məkan və otel seçimində çətinliklə üzləşirlər.
Elə bu səbəbdən də Türkiyənin "Velikolepnıy vek" - «Möhtəşəm yüz il" turizm şirkəti bu ölkəyə səfər etmək istəyənlərə sərfəli xidmətlər təklif edir.
Qeyd edək ki, şirkətin Azərbaycanda təmsilçiliyi fəaliyyət göstərir. Həmçinin "Velikolepnıy vek"in ortağı - "Aristokrat Travel" adlı tavel şirkəti də Bakıda fəaliyyətə başlayıb.
10 İL ƏVVƏLKİ QİYMƏTLƏRLƏ SƏYAHƏT!
Tarixi turların təşkili ilə məşğul olduqlarını, Özbəkistan, Qırğızıstan, Rusiya, Moldava kimi ölkələrdən Türkiyəyə turistlər gətirdiklərini deyən "Velikolepnıy vek" turizm şirkətinin Azərbaycan təmsilçisi Qəzənfər Mehmetoğlu Bakupost.az -a müsahibəsində deyib ki, eyni turları Azərbaycan vətəndaşları üçün də təşkil etməyə başlayıblar:
"Azərbaycandan Türkiyə və digər ölkələrə çoxlu sayda tətil turları təşkil edən travellər var. Azərbaycanlıların çoxu tətil üçün Türkiyəyə - İstanbul, Kappadokiya, Pamukkale və.s kimi gözəl yerlərə üz tuturlar. Ancaq azərbaycanlı turistlər bu məkanları gəzmək üçün ayrı-ayrı paketlər almaq məcburiyyətində qalırlar. Bizim şirkətsə həmin məkanlara gəzintini bir yerdə, həm də 7-8 günə təşkil edir. Türkiyədə qiymətlər ötən ildən başlayaraq çox artıb. Otel qiymətləri, avtobus kirayəsi və s. bahalaşıb. Ancaq biz 10 ildir ki, həyata keçirdiyimiz turların qiymətini qaldirmamışıq. Eyni qiymətə turlar təşkil etməyə davam edirik".
BÜTÜN FƏSİLLƏRDƏ SƏYAHƏT İMKANI
"Velikolepnıy vek" turizm şirkətinın təklif etdiyi turların üstünlüklərindən danışan Qəzənfər Mehmetoğlu iki nəfəri 900-1000 manat civarında ödəniş müqabilində 7-8 gün Türkiyənin görməli yerləri ilə tanış edirlər:
"Ancaq bu paketə təyyarə bileti qiymətləri daxil deyil. Çünki biz sırf turların təşkili ilə məşğuluq. Bizdən başqa heç bir turizm agentliyi sözügedən məkanlara bu qiymətə 7-8 günlük turlar təşkil etmir. Fərqli turlarımız var. Bu turların özəlliyi sadəcə, yaz və yay aylarında deyil, il boyu davam etməsidir. Biz insanları tur təşkil edib yormuruq. Bizim traveli seçən turistlər son 3 gecəni Antalyanın lüks otellərində gecələyirlər".
Q.Mehmetoğlu deyir ki, müştəriləri yalnız 5 ulduzlu otellərdə yerləşdirirlər:
"Bizim seçdiyimiz bütün otellər 5 ulduzludur. İstanbulda turistərimiz ya “Puman”, ya da “Merkuri” oteldə qalırlar. Antalyada “Hamarat”, “Lakşe”, “Silayf”, Kappadokoyada “Ramada”, “Hilton” kimi 5 ulduzlu otelər müştərilərə təklif olunur".
Q.Mehmetoğlu turizm şirkətini niyə "Möhtəşəm yüz il" adlandırdığına da aydınlıq gətirib:
"Əlbəttə, bu adı seçməyimiz təsadüfü deyil. Turlarımızı yüksək səviyyədə təşkil etdiyimiz üçün bizə üz tutan turistlərin sayı ildən-ilə artır.
İşimizi yüksək səviyyədə gördüyümüz üçün şirkəti də "Velikolepnıy vek" adlandırmışıq. Keçmiş Sovetlər birliyinə daxil olan bütün ölkələrdən bizim travelə üz tutan insanlar var. Turları yüksək səviyyədə təşkil etdiyimiz üçün insanlar bizdən çox məmnundurlar. Müştərilərimizin çoxu sosial şəbəkələrdə bizim turlar zamanı çəkdikləri video və fotoları paylaşıb çox azı qaldıqlarını qeyd edirlər".
AZƏRBAYCANLILARA XÜSUSİ GÜZƏŞT
Müsahibimiz deyir ki, bu il azərbaycanlı turistlər üçün fərqli bir xidmət təklif edirlər:
"Ailədə neçə nəfər olmalarından asılı olmayaraq, onların hamısını hava limanından götürüb otelə pulsuz gətirəcəyik. Onlar 5 ulduzlu oteldə rəhbərlik tərəfindən qarşılanır, tur barədə ətraflı, dolğun məlumat alırlar. Səhər yeməyindən sonra müştərilərimiz avtobuslarla Türkiyənin tarixi, gəzməli-görməli yerlərinə aparılır. Tur zamanı onlara sözügedən tarixi yerlər barədə məlumatlar verilir. Sonra otelə qayıdıb axşam yeməyi yeyir və istirahət edirlər. Turlar 7-8 gün olur. Səhər və axşam yeməkləri turpaketə daxildir".
Q.Mehmetoğlunun dediyinə görə, "Velikolepnıy vek"lə səyahət etdikdə şar turları da ucuz başa gəlir:
"Bilirsiniz ki, Kappadokiyanın əsrarəngiz gözəlliklərini görmək üçün turistlər şar turuna üstünlük verir. Şar turu çox bahalıdır. Ancaq bizim travelin müştəri sayı çox olduğu üçün şar turu şirkətləri bizə endirimlər edirlər. Müştərilərimiz istəsə, münasib qiymətə şar turları da təşkil edilir".
"Velikolepniy vek"in Azərbaycan təmsilçisi ölkəmizdə fəaliyyət göstərən bütün travel şirkətləri ilə çalışmağa hazır olduqlarını da bildirdi:
"Təbii ki, qanun və qaydalar çərçivəsində. Ancaq bütün şirkətlərlə eyni anda işləmək mümkün deyil. Bu günlərdə tanıdığımız və güvəndiyimiz bir şirkətlə müqavilə imzaladıq və artıq çalışmağa başlamışıq".
Qeyd edək ki, 1987-ci ildə Azərbaycandan türkiyəyə köçən Q.Mehmetoğlu xaricdə iki universitet bitirdikdən sonra 1994-cü ildən Türkiyədə turizm işinə başlayıb. Yeddi fərqli ölkədə fəaliyyət göstərib.
Müştəri qarşılamağı ən kiçik detallarına qədər bildiyini deyən müsahibimiz Türkiyənin bu sahədə birinci yerdə olduğu qənaətindədir:
"Türkiyə turizm, servis və s. məsələlərdə öndə gedən ölkələrdən biridir. Nə xoşbəxt mənə ki, bu işi məhz belə bir ortamda öyrənmişəm. Nəhayət, 10 il bundan əvvəl özümüz turizm işi qurmağa qərar verdik və "Velikolepnıy vek" şirkətini yaratdıq. Fərqli ölkələrdən olan insanları qarşılayıb onlara yüksək səviyyədə xidmət göstəririk. Bunu bizim traveli seçən müştərin rəyləri, fikirləri də təsdiq edir. Biz müştərilərə öz tövsiyələrimizi də veririk. Bildiririk ki, sığorta olunmadan heç bir ölkəyə getmək olmaz. Mütləq sığorta olunmaq lazımdır. İkincisi travel şirkətini seçərkən, onun tarixi, fəaliyyəti, göstərdiyi xidmətin keyfiyyətini gözdən keçirmək lazımdır.
Üçüncüsü, istifadə edilən hava yolları xidməti də vacib amildir.
Ən önməlisi isə müştərilərin dincəlmək üçün üz tutduqları yerdir. Məsələn, Alanya dəniz və qumuna görə, həm də daha çox uşaqlar üçün uyğun yerdir. Mələk bölgəsi 5 ulduzlu otellərin çox olduğu bir məkandır. Kəmər bölgəsində yaşıllıq çoxdur. Bəzi müştərilər dəniz olan ərazilərə üstünlük verdiyi üçün biz onlara Bodrumu məsləhət görürük.
"Velikoleptnıy vek" turizm şirkətini quranların hamısı Azərbaycan türkləridir. Şirkət olaraq azərbaycanlı qardaşlarımızı qonaq etməkdən məmnunluq duyacağıq. Hər kəsi bizim Türkiyədəki turlara dəvət edirik».
Turlara qatılmaq istəyənlər üçün ünvan, telefonlar: