Avstraliyalı 26 yaşlı model Ocean Straçan ilk dəfə 2019-cu ilin sonlarında sağ baldırında kiçik, rəngsiz qabarıqlıq görüb. Qız bunun adi sızanaq olduğunu düşünüb və əhəmiyyət verməyib.
“Medicina” xəbər verir ki, sonradan Straçan yaranı həkimə göstərmək qərarına gəlib. Həkim də onu əmin edib ki, narahat olacaq heç nə yoxdur. Həmin ərəfədə pandemiya olduğundan Straçan uzun müddət peşəkar mütəxəssisə müraciət etməyib.
Bu vaxt ərzində "sızanaq" bir qədər böyüyüb, qaralıb və qaşınmağa başlayıb. 2021-ci ilin mart ayında Straçan nəhayət həkimə müraciət edə bildi.
Biopsiya nəticəsində Straçanda aqressiv dəri xərçəngi olan II mərhələ melanoma olduğu aşkarlanıb.
Xoşbəxtlikdən, xərçəngin limfa sisteminə və bədənin qalan hissəsinə yayılmağa imkanı olmayıb, buna görə də bədxassəli "sızanaq" və ona bitişik toxumalar sadəcə əməliyyatla çıxarıldı, yerində çapıq qaldı.
Hazırda hamilə olan Straçanın dediyinə görə, o, açıq günəş altında çox vaxt keçirib və günəşdən qoruyucu vasitələrdən istifadə etməyib. İndi o, bundan təəssüflənir və hər kəsi melanomları yaxından izləməyə çağırıb.
Günay Quliyeva