Kətan toxumunun bir çox müalicəvi təsirləri vardır. Kətan toxumu xalis Omeqa 3 qaynağı olmaqla yanaşı, qanda xolesterolun miqdarını, arterial təzyiqi aşağı salır, ürək-damar xəstəliklərin, xərçəngin və iltihabi xəstəliklərin müalicəsində faydalı təsirlərə malikdir.
Medicina.az kətan toxumundan çayın orqanizmə faydalarını təqdim edir.
- öskürəyi kəsir
- mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır
- ürək xəstəliklərinə müsbət təsir göstərir
- diş əti xəstəliklərini sağaldır
- bədəndə olan bütün iltihabi problemləri aradan qaldırır
- üz və ayaqlarda olan şişkinliyi aradan qaldırır.
Çayın hazırlanmasıı qaydası:
20 qram kətan toxumunun üzərinə 1 litr soyuq su tökülür və 10-15 dəqiqə qaynadılır. Sonra çaynik dəsmalla örtülür, 1 saat isti vəziyyətdə saxlanılır.