Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Möcüzəvi balqabaq şərbəti - Resept

  • 2024.01.22 21:00
  • 3031 Baxış
Möcüzəvi balqabaq şərbəti    - Resept
Balqabaqdan şərbət tərəvəzin özü qədər faydalıdır.
Bu resept qədim zamanlardan var.



"Medicina" xəbər verir ki, şərbət elə balqabağın içində hazırlanır.


Balqabaq baş tərəfdən qapaq kimi kəsilir. Kəsildikdən sonra içindəki tumlar təmizlənilir və t içinə bal doldurulur.

Qapağı üstünə qoyub, sərin qaranlıq bir yerə qoyun. 2 gün qalsın. Bu müddətdə şərbət əmələ gələcək.


Şərbəti şüşə bir qaba töküb soyuducuda saxlayın. Bu şərbətdən səhər ac qarına 100 qram için, əgər qan azlığınız varsa, axşam yatmazdan əvvəl də 100 qram içə bilərsiniz. Balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində vardır.

Şirə gözləri işıqlandırır, tük tökülməsinə faydalıdır, həmçinin şiş əleyhinə antioksidantdır, balqabaqdakı dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır.


Tərəvəz damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır.

Böyrəklərin də fəaliyyətini artırır, böyrək çatışmazlığında və böyrək qumlarında faydalı olmaqla yanaşı böyrək iltihablarına da faydalıdır, prostat vəzin böyüməsində mükəmməldir.

İmmuniteti olduqca yüksəldir, cinsi istəyi artırır, sonsuzluğun müalicəsində faydalıdır.

Aygün Musayeva