Evdə rahatlıqla hazırlaya biləcəyiniz qarışıq sağlmlığınızı bərpa edəcək. Ürəyinizin sağlamlığı və immun sistemində olduqca faydalıdır. bunu üçün sadəcə 3 məhsul lazımdır. Super qidalar cəfəri,limon və sarımsaqdır.bəs bunların qarışığı nələrə faydalıdır? medicina.az faydalı resepti təqdim edir. Alternativ tibb üsulları günümüzdə ən ucuz və ən faydalı müalicə üsuludur.
Lazım olanlar:
• 10-12 saplaq cəfəri
• 1 diş sarımsaq
• 2 yemək qaşığı limon suyu
• Yarım stəkan su
Hazırlanma qaydası:
Cəfəriləri yaxşıca yuyuntəzə olmasına diqqət edin. Yarpaqları ilə birgə blenderdən keçirin.içinə limon suyu sıxınsarımsaqları bıçaqla kəsib blenderin içinə atın. Sonda su əlavə edin. Müəyyən müddət qarışdın. Əldə etdiyiniz qarışığı stəkana töküb biraz gözləməyə qoyun. Daha sonra qəbul edə bilərsiniz.
Tətbiq edilməsi:
Bu qarışığın istifadəsi olduqca asandır. 3 gün təqdim etdiyimiz reseptə uyğun olaraq tətbiq edin.daha sonra 3 gün sarımsaqsız hazırlayıb için. Daha sonrakı 3 gündə isə yenidən sarımsaqlı qarışıq hazırlayın. Bu tendensiya ilə 9 gün ərzində için. Təsirini görəcəksiniz. İki səfərlik istifaə etmək kifayətdir.
Faydaları:
Bu qarışıq xüsusi ilə ürək problemlərinə qarşı təsirlidir. Əgər ürəyinizdə nasazlıq varsa, bəhs etdiyimiz qarışığı qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Hazırlayacağınız qatqı cəmi 18 gündə öz təsirini göstərəcək. Lakin unutmamaq lazımdır ki, mütləq, mütəmadi qəbul etmək lazımdır.
Nələrə xeyirdir:
• Ürək damarlarını açar
• Ürəyi qidalandıran damar və damar yollarında tıxanmanın qarşısını alar
• Ürək damarlarına plak yaranmasını əngəlləyər
• Ürək damarlarında yağlanmanın qarşını alar.
• Qanın fəaliyyətini nizamlayır
Zərərlidirmi?
Faydalarından bu qədər bəhs etmişkən əks təsirlərindən də məlumat verək. Sözügedən qarışıq təzyiq problemi olanlara məsləhət deyil. Şəfa qaynağının bundan başqa mənfi təsiri yoxdur. İstədyiniz kimi qəbul edə bilərsiniz.
Ayna Məmmədova
Medicina.az