Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mobil telefonun yanında yatmaq – Bu xəstəliklərə səbəb olur

  • 2020.12.15 17:53
  • 3228 Baxış
Mobil telefonun yanında yatmaq  – Bu xəstəliklərə səbəb olur

Smartfonu çarpayının və ya yastığın yanına qoyub yatmaq bir çox insanlar üçün ciddi təhlükə yaradır. Bunlar hamilə qadınlar, körpələr, sinir sistemi pozulmaları və xroniki xəstəlikləri olan şəxslərdir.


Medicina.az xəbər verir ki, rusiyalı nevroloq Mariya İqnatova elektron vasitələrin radiotezlikli dalğalar yaydığı və bu dalğaların insan toxumalarından keçərək, orqanizmə, beyinə və sinir sisteminə mənfi təsir göstərdiyini bildirib.

O, bildirib ki, bir çox elmi nəticələr göstərib ki, bu şüalanma kişi və qadınlarda sonsuzluq, xərçəng və müxtəlif şiş xəstəlikləri, psixi və nevroloji pozuntular yarada bilir.

Elektromaqnit radiodalğalara daha çox ürək-damar xəstələri, immun sistem pozuntuları olanlar, hamilələr, körpələr həssasdır.
Gecələr telefonun mavi ekran işığı uşaqların gözlərini zəiflədir, beyninə təsir edir, bioloji ritmləri pozur, baş ağrısı yaradır, gözlərdə distrofiyaya səbəb olur.

Telefonu yatarkən göz önündən uzaqlaşdırmaq və ümumiyyətlə, yataq otağında saxlamamaq lazımdır. Əgər bu alınmırsa, yatan adamla telefon arasında azı 2-3 metr məsafə olmalıdır