Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mobil telefonlardan şüalanma beynin bu xəstəliyinə səbəb ola bilər

  • 2022.05.13 16:24
  • 2527 Baxış
Mobil telefonlardan şüalanma beynin bu xəstəliyinə     səbəb ola bilər


Mobil telefon, smartfonların şüa dalğası gələcəkdə beyinin Alsgeymer xəstəliyinə səbəb ola bilər.


Bakupost.az xəbər verir ki, ABŞ-ın Milli Onkoloji İnstitutunun alimləri mobil telefonlarla Alsgeymerin əlaqəsini təyin edib.


"Current Alzheimer Research" elmi dərgisində çap olunan məqalədə qeyd olunur ki, evdə, çöldə, işdə daimi olaraq mobil telefon, internetlə təmas, "Wi-Fi-routerlər" beyində kalsiumun miqdarının çoxalmasına səbəb olur. Məhz beyin toxumasında və damarlarında kalsiumun artması Altsheymerin səbəblərindən biridir.


Onkoloqlat eılektromaqnit şüalarla xərçəng arasında bağlılığın olduğunu təsdiq etməsələr də, bu şüaların beyinə təsirini istisna etmir. O, yuxusuzluq, diqqət pozulması, baş ağrıları, spazmlar, qıcıqlanma yaradır.

Beyində baş verən dəyişikliklər xəstəliyin simptomları görünməzdən 20 il əvvəl başlaya bilər.

Elektromaqnit dalğaların miqdarını azaltmaq beyində neqativ proseslərin sürətini azaldır.

Hazırda Altsheymer xəstəliyi cavanlaşır, artıq 60 yaşdan 60% simptomlarını göstərir. Lakin xəstəlik gizli olaraq 35-40 yaşından da başlaya bilir və insan bundan xəbərsiz olur.


Aygün Musayeva
BakuPost