"Philips” şirkəti yeni mobil telefonla ultrasəs və tibbi telekonsultasiya xidmətləri verəcək "Lumify” aparatını bazara təqdim edir.
Medicina.az xəbər verir ki, "Philips” ultrasəs ötürücüsü displey şəklində adi smartfon və ya planşetə qoşulur. Həkimlər bir düyməni sıxmaqla bir neçə dəqiqə ərzində araşdırma apara biləcəklər. Bununla yanaşı cihaz analiz və konsultasiya üçün dəqiq və keyfiyyətli klinik görüntü əldə edir.
Bu inqilabi kəşf həkimləri USM aparatının daşınmasından azad edərək istənilən yerdə, istənilən vaxtda müayinə aparmağa kömək edir. Müxtəlif ultrasəs ötürücüsü sayəsində cihazın tətbiq sahələri çox genişdir. Belə ki, cihaz ürək-damar, dayaq-hərəkət, yumşaq toxuma, qarın boşluğu və s. orqanların müayinəsində tətbiq edilə bilər.
Həkimlərin sözlərinə görə, bu sadə texnologiya ilə xəstənin vəziyyəti haqda qısa zamanda dəqiq məlumat əldə etmək mümkün olacaq.
"Philips Lumify” sözügedən mobil USM müayinəsi metodunu daha da təkmilləşdirərək kiçik kəndlərdə belə bu texnologiyanı tətbiq etmək fikrindədir. Bu yolla pasiyentin vəziyyəti haqda məlumat əldə etmək daha rahat olacaq.
Arzu
Medicina.az