Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mobil telefondan çox istifadə insanın kəllə quruluşunu dəyişib– ŞOK TƏDQİQATLAR

  • 2019.06.17 16:57
  • 7420 Baxış
Mobil telefondan çox istifadə  insanın kəllə quruluşunu dəyişib–  ŞOK TƏDQİQATLAR
Mobil telefonlardan istifadə müasir insanın kəllə quruşunda artıq dəyişikliklər etməyə başlayıb. Bunu Avstraliya Universitetinin alimləri bildirib.

Medicina.az xəbər verir ki, gənclərin kəlləsində anatomik struktur dəyişikliyi baş verir. Gününü planşet və smarfonla keçirən yeniyetmə və gənclərdə ənsə nahiyədə sümük və toxuma çıxıntısı inkişaf edir. 


Belə kəllə dəyişikliyi hələr 1800-cü ildə  qeydə alınmışdı, amma belə sumuk qabarması tibbdə nadir halda rast gəlinirdi. 

İndi isə belə çölə çıxıntı 18-30 yaşlılar arasında kifayət qədər yayılıb.

Alimlər yeni tədqiqatlarında 1000 kəllə forması araşdırıblar. 


Ekspertlər bildirib ki, son 10 ildə insan ənsəsində sumuklu qabarıq forma böyüyüb. Bu anatomik dəyişikliyin səbəbi insanın günün çox hissəsində başını telefona dikməsi və 5 kq-lıq kəllənin uzun saatlar o vəziyyətdə qalaraq, boyun və ənsə sümüklərinə təzyiq etməsidir. 


Hazlrda müasir gənclərin ənsə çıxığının ölçüsü 2,6 sm-ə çatıb, bu 1996-cı illə müqayisədə xeyli çoxdur. 


Mütəxəssislər bildirir ki, ənsə sümük çıxıntısının böyüməsi və qalınlaşması insan orqanizmi və beyni üçün elə də ciddi zərər daşımır. Amma gələcəkdə insan planşet və telefonu əlindən buraxmazsa, boynu arxadan normal və ənsəsiə çıxıntılı olmayan adam tapmaq mümkün olmayacaq və insanın kəllə quruluşu dəyişəcək.