"Biz texnologiya dünyasında yaşayırıq və demək olar ki, hər birimiz istər işdə, istərsə də istirahətimizdə müasir mediadan istifadə etməkdən məmnunuq. Bu gün mobil telefondan istifadə etməyən insanlara geridə qalmış kimi baxılır. Hər yerdə, xüsusən də regionlarda, əhali daha sürətli internet və mobil telefonlardan istifadə etmək istəyir.
Almaniyada mobil telefon istifadəsinin nə dərəcədə çox olduğunu bu rəqəmlər göstərir: onların sayı 1996-cı ildə 5,55 milyon, 2010-cu ildə isə 108,85 milyon olub. 2002-ci ilin fevral ayından 2016-cı ilin dekabrına qədər Almaniya ərazisində telefon dirəklərinin sayı 45.000-dən 135.000-ə qədər artmışdır; hədəf isə bu rəqəmləri 325.000-ə çatdırmaqdır. Bu artım ilk növbədə yeni UMTS (Universal Mobil Telekom-munikasiyalar Sistemi) və LTE (Long Term Evolution – standart ötürücüsüz sürətli ötürücü) – şəbəkə üçün mühümdür.
Sürətli kommunikasiyaya artan tələbatı təmin etmək üçün “Kabel Almaniya” və Telekom birgə 2017-ci ilin oktyabrından etibarən Almaniya Federativ Respublikası ərazisində 2,5 milyon yeni WLAN-Hot-Spots quraşdırılmasını planlaşdırır.
SAĞLAMLIQ QAYĞILARI
Mobil şəbəkənin, xüsusən də mobil cihaz dirəklərindən şüalanmanın zərərverici təsirləri ilə bağlı müzakirələr günbəgün artır. Hətta Almaniyanın Səhiyyə naziri bu problemi belə ifadə etmişdir: “Hər 3 almandan 1-i ətraf mühit xəstəsidir”. Müqayisə üçün sərhədlərin o tayına, məs., İtaliya və İsveçrədə yaşanan analoji vəziyyətə nəzər salaq. Şəkil 1-dən bu iki ölkənin ərazisinin yüksək elektromaqnit sahəsinə məruz qalması (mW /sm2) arasında güclü fərq olduğu açıq-aşkar görünür. Bu ölkələrlə müqayisədə AFR-də yolverilən göstəricilər xeyli yüksəkdir.
Peşə Təbabəti Federal qurumu (Berlin) 1998-ci ildə söyləmişdir: "İstifadə olunan mobil cihazların impuls mikrodalğalarının intensivliyi beynin bioelektrik aktivliyinə və immun sistemə davamlı mənfi təsir edir".
Həkimlər (prof. Vilhelm, LOR, Frankfurt) tərəfindən toxunulan daha bir məqam-tinnitusun yaranması ilə əlaqəli siqnalverici rəqəmlərdir. 210 pasiyentin (əsasən cavanlar) 49%-i ikitərəfli tinnitusdan əziyyət çəkir. Zərərçəkənlərin 68%-i telefon dirəklərinin yaxınlığında yaşayır və onların 38%-i mobil telefon istifadəsindən sonra baş ağrısı, güclü tinnitus, konsentrasiya pozulması, boynun “quruması”, başda “donuqluq” hissindən əziyyət çəkir. Hallberg/Morgan nevrologiya jurnalında (Neurology Journal Hallberg/ Morgan, yanvar, 2015) nəşr olunmuş məqaləyə əsasən, San Fransiskoda “Mobil telefonlara aid qərar” mobil telefonlardan şüalanma nəticə-sində beyin şişlərinin yaranması haqda xəbər-darlıq edir və bu təhlükəyə qarşı müvafiq davranış qaydaları irəli sürür.
SİYASƏTÇİLƏRİN YANAŞMASI
Hələ 2004-cü ildə Birlik 90/ Yaşıllar (Bündnis 90/Die Grünen) siyasi partiyasından olan Winfried Hermann bu cihazlardan istifadəni məhdudlaşdırmağı tələb etmişdir. Lakin kansleri dəstəkləyən rəsmi dairə və o zamankı Ətraf mühitin mühafizəsi naziri Y. Trittin heç bir məhdudlaşdırma istəməmişdir.
Onlar bu addımlarını kifayət qədər elmi əsaslandırmanın olmaması ilə izah etmişlər. Arxa planda duran səbəb isə ondan ibarətdir ki, UMTS 8-2000 bu lisenziyanı almaq üçün dövlətə təxminən 50 milyard Avro ödəyib. Ona görə də heç kim öz işini təhlükə altına qoymaq və ya operatorların sayını məhdudlaşdırmaqla risk etmək istəməyib (Avqust, 2000). Vətəndaşları belə bir sualın cavabı maraqlandırır: siyasətçilər vətəndaşların sağlamlığını satırlar?
TƏBİƏT MÜŞAHİDƏLƏRİ
Kim təbiətə “açıq gözlə” baxırsa, “əvvəl təbiət ölür, sonra isə insan” deyimindəki həqiqəti dərk edir.
Mobil qurğular quşların və arıların bioloji sisteminə zərər vurur (India Times 10/2017). Bu nəticə 919 tədqiqata əsasla-nır!
2017-ci ilin aprelində Appell Həkimlər Birliyi federal hökümətə müraciət etmişdir ki, insan sağlamlığına təsirləri öyrənilmədən heç bir intellektual elektrik sisteminin istifadəsinə icazə verilməsin.
İNFORMASİYA DAŞIYICISI – SU
Orqanizmin 70%-i sudan ibarətdir.
Məlumdur ki, su informasiya daşıyıcısı və toplayıcısıdır. Yapon həkimi Dr. Masaru Emoto su kristallarının 10 000-dən çox fotosunu çəkmişdir. Həmin şəkillərin köməyilə o sübut edə bilmişdir ki, su həm müsbət, həm də mənfi informasiyanın və vibrasiyanın mükəmməl toplayıcısıdır. Misal üçün iki şəkil verilib. Şəkil 3-də Berlin kran suyunun Multi-Pure içməli su filtrindən keçiriləndən və Seimeiba ilə energe-tikləşdirəndən sonra çəkilmiş fotosu verilib. Şəkil 4-də isə bulaq suyunun fotosudur.
Hər iki foto (Şəkil 3 və 4) gözəl, simmetrik kristal struktura malikdir. Şəkil 5-də isə Elektrosmoqun təsiri altında mobil telefonla kontaktdan sonra suyun gözəl kristallik quruluşunun xeyli dəyişildiyini görürük.
Elektrik sahəsinin təsiri nəticəsində suyun quruluşunun xeyli dəyişdiyini nəzərə alaraq insan orqanizmini aşağı güclü kommunikasiya kanalı kimi təsəvvür etmək olar.
Elektrik sahəsinin canlı orqanizmlərə təsirlərindən başqa həm də müəyyən olundu ki, tədqiq olunan insanın yaşından asılı olaraq mobil telefon dalğalarının insan beyninə termiki təsiri müxtəlifdir (Şəkil 6). Məktəblilər WLAN-un qurdları (lat. Tenebrio molitor) tədqiqatı aparmışdılar (canlılar və onları əhatə edən mühit arasında qarşılıqlı əlaqələri öyrənən elm – Baubiologie Herberg, 2012, Wesel). Onlar göstərə bildilər ki, şüalanmaya məruz qalmış un qurdu sürfələri daha tez sürfədən çıxır, amma 3-6 gündən sonra məhv olurlar, şüalanmaya məruz qalmamış həşəratlar isə daha uzun müddət yaşayırlar.
Dr. med. Hans-Joachim Petersohn Preventiv və holistik təbabət üzrə ekspert Almaniya kiçik və orta biznes assosiasiyasının (BVMW) sağlamlıq komissiyasının prezidenti
MOBİL TELEFONDAN ASILILIĞIN CHECK-UP OLUNMASI
Bu üsulla mobil telefondan nə dərəcədə asılı olduğunuzu yoxlaya bilərisiniz. Aşağıda bir həftə mobil telefondan istifadə etmədikdə hansı simptomların meydana çıxa biləcəyi göstərilib.
Mobil cihazlardan asılılığı göstərən beş mühüm simptom var.
1. Əhval-ruhiyyənin dəyişkənliyi: bu vəziyyət açıq-aşkar görünən oyanıqlıqdan nəzərə çarpan aqressivliyə, depressiv əhval və hətta, depressiyaya qədər dəyişə bilər.
2. Fiziki motor narahatlıq: xarici narahatlığın təsirindən daxili narahatlıq yaranır. İnsanlar daim narahat olur və bilmirlər ki, əlləri ilə nə etsinlər.
3. Motivasiya problemləri: insan motivasiyasız olur və boş vaxtlarını dəyərləndirə bilmir.
4. Psixovegetativ problemlər: iştahasızlıq, yuxu pozulması, həmçinin mədə-bağırsaq problemləri şəklində büruzə verir.
5. Koqnitiv problemlər: konsentrasiya və diqqət pozulmasından ibarətdir.
Bütün bu fenomenlər abstinensiya, yəni kəsilmə simptomları kimi dəyərləndirilə bilər. Bu simptomların bir gündən çox davam etməsi asılılığın olduğunu göstərir.
Son olaraq mobil telefondan istifadəyə dair bəzi praktik məqamları açıqlayaq...
Mobil telefonlardan istifadənin 10 qızıl qaydası
1. İmkan daxilində şəhər telefonlarından istifadə edin.
2. Yalnız Display tam dolduqdan sonra mobil telefondan istifadə edin.
3. Tam qəbula diqqət edin: yeraltı qarajlarda, liftlərdə və s. şüalanma artır.
4. Əvvəlcə seçimi edib sonra cihazı qulağınıza yaxınlaşdırın.
5. Mobil telefonu üstünüzdə gəzdirməyin; cihazla bədəniniz arasında məsafə saxlayın!
6. Yatdığınız otaqda Elektrosmoq olmadığından əmin olun; cihazları başınızdan azı 1 metr məsafədə
qoyun; çünki DECT baza stansiyaları daim şüalanma verir.
7. Məsafəni saxlayın: Head-Set istifadə edin və ya cihazı başınızdan uzaq tutun.
8. Telefonu qulaqda qısa müddət saxlayın: 90 saniyədən bir telefonu digər qulağınıza keçirin, əks
halda hematoensefalik baryerin keçiriciliyi artacaq.
9. Mobil telefonlardan mümkün qədər imtina edin; canlı ünsiyyətə üstünlük verin.
10. Ən müasir mobil telefonlar istifadə edin, çünki onların şüalanma yükü nisbətən azdır.
XÜLASƏ
Çoxsaylı tədqiqatlara əsasən qeyd etmək olar ki, elektromaqnit sahənin təsirindən cavan orqanizmlər xüsusən zədələnir. Bu həm insanlara, həm də heyvanlara eyni dərə-cədə şamil edilir. Uşaqlar və bala heyvanlar daha ciddi təhlükə ilə üzbəüzdürlər. Uşaqlar sinir sisteminin qıcıqlanması, yuxu pozulmaları, şişlər, hüceyrə quruluşunun dəyişilməsi, hormonal disbalans, tinnitus və ümumi səhhətin pisləşməsi kimi risk faktorlarından başqa, immun sisteminin zəifləməsi, diqqətsizlik və hiperaktivlikdən xüsusən əziyyət çəkirlər.
Törədilən fəsadların qarşısını almaq üçün minerallar (mikroelementlər (selen, sink, mis) və nutrientlər (xüsusən də B qrup vitaminlər) təyin oluna bilər. Belə ki, detoksikasiya zamanı orqanizmin bu maddələrə tələbatı artır. Bu məqsədlə bunları özündə birləşdirən ALKALA “N“ və Cerebrum compositum preparatlarından istifadə məqsədəuyğundur. Həm iş yeri, həm yataq otağı sanasiya olunmalıdır. Həmçinin, turşu-qələvi balansı müvafiq fərdi qidalanma rejimi ilə balanslaşdırılır. Nəhayət, pasiyentlər telefon və başqa elektron cihazlarla ehtiyatla davranmağı öyrənməlidirlər.