Mixək təbii antibakterial və antibiotik olmaqla yanaşı, antidiabetik təsiri də var.
“Medicina” xəbər verir ki, Hindistan və ABŞ alimlərinin birgə pilot layihəsində mixəkdə olan polifenol ekstraktın şəkər xəstəliyində metobolizmə təsiri araşdırılıb.
Tədqiqatçılar könüllüləri 2 qrupa bölüblər. 1-ci qrupun hər səhər qanda şəkər miqdarı 100 mq idi. Digər qrupun isə 110-125 arası.
Alimlər mixək ekstraktının qlükozanın udulmasına təsirini test ediblər.
Müəyyən olunub ki, mixək əlavə olunması yemək qəbulundan sonra qlükozanın səviyyəsini hər iki qrupda 10-12 gün orta dərəcədə saxlamışdır.
Eləcə də 1 ay ərzində şəkərin səhərlər səviyyəsi 10-20% azalmışdı.
Bu nəticələrə əsasən alimlər mixəyin diabet xəstələrinə sağlamlığı qorumaq üçün kömək edəcəyini elan edib.
Çünki mixək qlükoza metobolizmini təmin edir.
Aygün Musayeva