Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mixək çayı: fayda və zərərləri

  • 2020.03.12 14:13
  • 47134 Baxış
Mixək çayı: fayda və zərərləri
Mixək dünya mətbəxinin ən məşhur ədviyyatlarından biridir.

Mixək aromatik içkilərin hazırlanmasında da istifadə olunur ki, bu da çay içməyi cansıxıcı prosesdən çıxarmaqla yanaşı səhhətə də kömək edir.


Ancaq əvvəlcə mixək çayının zərər və faydalarını öyrənməlisiniz.


Faydaları:
Mixək çayının faydaları və zərərləri ədviyyatın zəngin tərkibi ilə əlaqəlidir ; efir yağları, antioksidanlar, vitaminlər və minerallar daxil olmaqla bir sıra vacib komponentlərə malikdir. Bu vasitələr sizin orqanizmə yalnız bərpaedici təsir göstərməyəcək, eyni zamanda bəzi xəstəlikləri dəf etməyə də kömək edəcək.
-spazmları aradan qaldırır;
- yüngül bir analjezik təsir göstərir;
-həzm sistemini normallaşdırır;
-orqanizmin qoruyucu funksiyasını stimullaşdırır;
-qan təzyiqini artırır;
-bədxassəli şiş törəmələrlə mübarizə aparır;
-hormonal balansa müsbət təsir göstərir;
Mixək içkisinin qadınlar üçün faydalı xüsusiyyətləri xüsusilə qeyd edilməlidir: məhsul miqrenləri, aybaşı ağrılarını və hətta tsikllərini də normasına salır.

Zərərləri
Mixək çayının bir sıra əks göstərişləri də vardır. Sadalanan hallarda mixəkdən istifadə etməmək məsləhətdir.
-hamiləlik dövrü və ana südü verən zaman;
-mədə və ya bağırsaq xəstəliklərinin kəskin xəstəlikləri zamanı;
-ürək və qan damarlarında ciddi problemlər zamanı;
-uşaqlar (5 yaşa qədər);
-allergiya;
Əgər sizdə bu və ya digər ciddi pozuntular varsa, mixək istifadəsindən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.