Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qori Hərbi Hospitalına köçürülüb.
Sözügedən hospitalda Saakaşvilinin uzunmüddətli aclıq aksiyasından sonra müalicəsi aparılacaq. Köçürülmə zamanı siyasətçinin yanında şəxsi həkimi Nikoloza Kipşidze və həbsxananın tibbi heyəti, həmçinin anası Qiuli Alasaniya olub.
Avtomobil karvanına Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin maşınları daxil olub.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də saxlanılıb.