Miqren, sadə baş ağrısı olmayıb, adətən ürəkbulanma, qusma, işığa və ya səsə həssaslığın artması ilə müşayiət olunan hücumlardır.
Baş ağrısı mərhələsində ağrı boyuna yayılır. Miqren qadınlarda daha çox rast gəlinir: kişilərin 22 faizi, qadınların 32 faizindən çoxu əziyyət çəkir.
Miqrenin simptomları:
• Miqren adətən bir tərəfdən baş verir, sonradan tərəf dəyişə bilər
• Gözlərdə, boyunda çırpınan atışlar
• Ümumi yan təsirlər: ürəkbulanma, qusma, işığa və səsə həssaslıq
• Ağrı, çox az fiziki fəaliyyətdə belə çox ağırlaşır.
• Tutmalar adətən 4 saatdan 72 saata qədər davam edir
“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, miqren hücumlarının dərman vasitəsi ilə qarşısının alınması üçün hər bir xəstənin vəziyyəti ayrılıqda nəzərdən keçirilməlidir.
Əksər xəstələr triptanlar kimi xilasedici dərmanlara üstünlük verirlər. Bununla belə, klinik tədqiqatlarda beta-blokerlərin, antidepressantların və ya asetilsalisil turşusunun aşağı dozalarının miqren hücumlarının qarşısının alınmasında təsirli olduğu göstərilib.
Aygün Musayeva