Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Miqrenə qarşı təbii reseptlər - Ağrının qarşısını alır

  • 2021.05.26 13:55
  • 2579 Baxış
Miqrenə qarşı təbii reseptlər -   Ağrının qarşısını alır
Baş ağrısından əziyyət çəkməyən insan demək olar ki, yoxdur. Mütəxəssislər belə olan halda dərmandan istifadə yerinə, təbii üsulla hazırlanmış içkiləri məsləhət edirlər.

Medicina.az təbii məhsullardan reseptlər hazırlayan Oğuzhan Onultanın miqrenə qarşı olan reseptlərini təqdim edir:

"ÖDƏM MİQRENƏ SƏBƏB OLUR"


“Nə yeyib-içdiyimiz çox önəmlidir. Hər başımız ağrıdığı zaman dərman yerinə bəzi qidalardan uzaq duraraq, pəhriz saxlayaraq miqrenin qarşısına keçə bilərik. Bədəndə ödəm, şişkinlik mqrenə səbəb olar. Buna görə də ödəm yaratmayan qidalardan uzaq durmaq lazımdır”.

"İŞLƏNMİŞ QİDALARDAN UZAQ DURUN"

"Paketlənmiş qidalardan, işlənmiş ətdən, pendirdən, dəniz məhsullarından və enerji içkilərindən uzaq durun. Maye tərkibi yüksək, maqneziumla zəngin, antioksidan xüsusiyyəti olan yaşıl bitkilərlə qidalanın. Baş ağrısınını ən önəmli səbəbi maye əskikliyidir. Ona görə də gündə 2,2,5 litr su içməliyik”.

"BAŞ AĞRISI OLANLAR YEDİKLƏRİNİ QEYDƏ ALSIN"

"İspanağın tərkibində maqnezium var. Baş ağrısını önləmək üçün maqnezium təsirlidir. Xəstələrə müalicə üçün də veririk. Dərman yerinə təbii yolla vitaminləri də məsləhət edirik. Kətan toxumunun antioksidan xüsusiyyəti var. Bu xüsusiyyət ürək və beyin damarlarının sağlığını qorumaya kömək edir. Baş ağrısının qarşısını almaq üçün damar sağlamlığını qorumaq önəmlidir. Tez-tez baş ağrısı çəkənlər yediklərini qeydə alsın. Beləliklə hansı qidanın baş ağrısına səbəb olduğunu tapa bilərlər. Belə qidalardan uzaq durun”.

Həkim Oğuzhan Onultanın hazırladığı miqrenin qarşısını alan içkilərin resepti:

Birincisi:

1 ədəd banan
1 ispanaq
1 təzə nanə
1 kasa yağsız qatıq
1 su stəkanı laktozsuz süd
5-6 ədəd çiləyək
1 çay qaşığı kətan toxumu

İkincisi:

4 dilim ananas
3-4 yapraq kahı
1 ədəd kərəvəz sapı
1 ədəd qabığı ilə limon

Üçüncüsü;

Yaşıl alma
İspanaq
Xiyar