Professor, Nyu-York xəstəxanasının nevroloqu Şay Datta miqen tutmalarını azaltmaq üçün 3 tövsiyə verib.
Bakupost.az xəbər verir ki, həkimin sözlərinə görə, şokolad, konfet, pendirdən imtina etmək miqrendən xilas olmağa yetərli olur.
Eləcə də hər gün 7-8 saat yatmaq miqren tutmalarını azaldır.
“Bu xəstələr hər gecə eyni saatda yatağa girməlidir, maksimum qaranlıqda 7-8 saat gecə yuxusu almalıdır, bazar və bayram günləri də bu rejimə əməl etməlidirlər.
Stress baş ağrısının əsas triggeridir. Əsəbləri sakitləşdirir, sakit musiqi, yoqa, meditasiya, masaj stresi minumuma endirir.
Hər 10 miqren xəstəsindən 8-də miqren tutmasına səbəb konkret qidalar olur.
Adətən bu qidalar qatıq, ayran, şokolad, bulka, portağal şirəsi, əncir, xurma, avokado, qoz, zeytun, pomidor, noxud, qarğıdalı, sirkə və kələmdir.
Bu ərzaqlardan hər birini cədvəl şəklində qeyd edin. Hansı yedikdən sonra miqren tutdusa, ondan imtina edin.
Əsasən turş süd məhsulları, şokolad və pendir 3 təsiredici qidadır. Bunları qidasından çıxaranlarda miqren itir. Pendirdə olan tiramin maddəsi damardaraldıcı təsirə malikdir, sinir sisteminə oyadıcı təsir edir, ona görə miqren yaradır”.
Əgər ayda 10 dəfədən çox başınız ağrayırsa, mütləq nevroloqa müraciət edin.