Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Miqren və ürək-damar xəstəlikləri arasında əlaqə var – Yeni tədqiqat

  • 2018.02.02 18:29
  • 16911 Baxış
Miqren və ürək-damar xəstəlikləri arasında əlaqə var –  Yeni tədqiqat
Medicina. az Live Science-yə istinadən bildirir ki,  yeni araşdırmanın nəticələrinə görə miqren keçirən insanlarda insult, infarkt, fibrialyasiya, tromb xəstəlikləri artır. 


19 il davam edən tədqiqatda 51.000 insanın məlumatları araşdırılıb. 35 yaş və yuxarı miqrenli insanlarda ürək tutması 50%, insult 2 dəfə çox baş vermişdi. Xüsusən auralı miqrendən əziyyət çəkən qadınlarda bu risk daha çoxdur. 

Tibb mütəxəssisləri bunun səbəbi kimi baş beyin damarlarının tex-tez sıxılmasını göstərir. Həmçinin miqrenli insanlarda tromb yaranma ehtimalı yüksəkdir. 


Ona görə miqren ağrıları ilk başlayan ərəfədə onları nəzarətə alıb, müalicə etmək lazımdır.