Güclü miqren tutması zamanı isti duş alın.
"Medicina" xəbər verir ki, həkim toksikoloq Mixail Kutuşev bildirib ki, miqreni şirin qidalar, sakitlik, isti duş, isti vanna və qaranlıq otaq sakitləşdirə bilər.
"Elə ki, miqren başladı, isti duş alıb, yarıqaranlıq otaqda sakitliyə çəkilib, boyunu, başı, alını sakitləşdirici balzamla masaj edin.
ELəcə də yuxunu tənzimləmək, idman, masaj, qidalanma rejimi və nevroloq müalicəsi miqrendə kömək edir.
Miqren xəstələri səs-küylü yerdən uzaq durmalı, gecə növbəsində işləməməlidir.
Aygün Musayeva