Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Miqren, təzyiq, baş sıxılma, qəbizlik, depressiya var? – Diqqət, sizdə maqniy çatışmır

  • 2019.09.03 20:37
  • 12539 Baxış
Miqren, təzyiq, baş sıxılma, qəbizlik, depressiya var? –  Diqqət, sizdə maqniy çatışmır
Orqanizmdə mayniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Təzyiqin normasına, maddələr mübadiləsinə, immun sistemə, kalsium mənimsənilməsinə, əzələ-sinirlərə, zülal metobolizminə cavabdeh əsas zəncirdir.


Ona görə insan sutkalıq maqniy dozasını almalıdır. Əgər orqanizmdə maqniy çatışmasa, insan özünü çox pis hiss edib, hətta ölümə kimi çata bilər.


Medicina.az maqniy çatışmazlığının 10 əlamətini təqdim edir.


Əslində insanın zahiri əlamətlərinə və davranışına, şikayətlərinə baxaraq, maqniy defisitini görmək olur.


1.Əzələ qıcolmaları, keyimələr


Əgər əl-ayaq barmaqlarınız keyiyirsə, qıc olub tutulursa, xüsusən yuxudan dəhşətli qıcolma ağrısı ilə oyanırsızsa, deməli, maqniy çatışmır. Sağlam insanın dayandığı yerdə əl-ayağı qıc olmaz.


2.Miqren


Hazırda miqren yayılıb, baş boyun əzələlərinin gərginliyindən qaynaqlanan miqrenin də kökündə maqniy yetməzliyi dayanır. 

Həkimlər bildirir ki, miqren xəstələrinə maqniy verdikdə, ürəkbulanma, işıq və səsə həssaslıq itir, daha asan keçirir.


3.Yuxusuzluq


Əgər yata bilmirsizsə, yuxunuz qırıq-qırıqdırsa, çoxdandır şirin yuxuya həsrətsizsə, maqniyi yoxladın. 


4.Yüksək arterial təzyiq


Maqnit təbii blokator rolunu oynayır, hansı ki, təzyiq dərmanlarının da rolu eynidir. 

Orqanizmində yetəri qədər maqniy olan insanların təzyiqi normal, damarları yaxşı olur.


5.Oynaqlarda ağrı


Maqniyi əskik olan  insanların sümük və oynaqları ağrıyır, sızıldayır. Əgər oynaqlarınızda problem varsa, maqniy defisitini yoxladın


6.Qəbizlik


Bağırsağın normal işləməsi üçün maqnit çox lazımdır. Kimdə ki, qəbizlik var, deməli maqniy çatışmır. Maqniy bağırsaqların yumşalmasında rol oynayır


7.Astma


Alimlər bildirir ki, astma xəstələrinin qanında maqniy artırıldıqda, nəfəsalması yaxşılaşır, tutmalar azalır.


8.Aritmiya


Ürək döyüntülərinin artması, dəyişməsi maqnidən çox asılıdır. Maqniy əskik olanda damarlar sıradan çıxır.


9.Depressiya


Beyin və əhval ruhiyyə maqnisiz olmur. Maqniy az olanda depressiya və psixi problemlər yaranır. Elmi tədqiqatlar sübut edib ki, depressiya, nevrozdan əziyyət çəkən insanlara maqniy təyin olunmalıdır


10.Şirniyyata meyillik


Orqanizmdə mayniy az olanda, insan şirin qidalara tələbat artır, onlar elə hey konfet, tort, şokolad istəyir. Əgər maqniy ehtiyatı artsa, şəkərə tələbat da azalacaq.


Bəs maqniyi hansı qidalardan alaq?


-Küncüt, qoz, fındıq,badam, avokado, banan, kakao, buğda, qarabaşaq, yumurta, ispanaq, yulaf yeməlisiz

 

 


Miqren, təzyiq, baş sıxılma, qəbizlik, depressiya var? –  Diqqət, sizdə maqniy çatışmır