Çin alimləri miqrenlə süd vəzi xərçənginin qenetik əlaqəsini müəyyən ediblər.
“Medicina” xəbər verir ki, yeni elmi araşdırmada 102 min miqrenli, 771 min miqrensiz qadının DNK təhlili aparılıb.
Miqren nevroloji xəstəlikdir, başda birtərəfli pulsasiya edici ağrı olur.
Müalicəsi yoxdur.
Daha çox qadınlarda rast gəlinir. Miqren həm demensiya, həm də ürək-damar xəstəlikləri riskini göstərir.
Analizlər göstərib ki, genetik olaraq miqrenə meyilli qadınlarda süd vəzi xərçəngi genləri də aktivdir.
Xüsusən auralı miqren süd vəzi xərçənginin ER+ reseptorlarına müsbət bağlıdır, aurasiz miqrendə isə mənfi.
Bu kəşf miqrenli qadınlarda daha erkən süd vəzi şişləri aşkarlamağa imkan verə bilər.
Alimlər bu dəfə daha ciddi mutasiya seçimi ediblər, miqrenlə çox güclü bağlı olan mutasiyalar xüsusi təhlil edilib.
Aygün Musayeva